(2 ədəd pizza üçün)

Ərzaqlar:

3 x.q duru yağ, 1 ç.q dolu duz, 1 paket tez maya, 1,5 st ilıq su, 4 st ələnmiş un

Hazırlanması:

Yağ, duz, maya və suyu dərin bir qaba töküb qarışdırırıq.Undan az-az tökürük əvvəl qaşıqla sonra əlimiz ilə qarışdırıb yumşaq xəmir düzəldirik.Xəmiri isti yerdə üstünü örtüb 1 saat saxlayırıq acıyır.Xəmir acıdıqdan sonra iki hissəyə ayırıb kündələyirik.Pizzanı bişirdikdə kündənin birini götürüb 0,5 sm qalınlıqda yayıb sonra üstünü zövqə görə hazırlayıb bişiririk.

Nuş olsun!

pizza xəmiri necə hazırlanır, pizza xəmiri hazırlamaq

Comments

comments