Ərzaqlar:
12 ədəd kvadrat yağlı xəmir
300 q hazır bişmiş qiymə
100 q kaşar ya da holland pendiri
Üzünə çəkmək üçün
1 ədəd yumurta
Üzünə səpmək üçün:
Çörəkotu və küncüt
Hazırlanması:
Yağlı xəmiri buzxanadan çıxardırıq. Buzu açılır sonra gül formasında kəsirik.
Kəsilmiş xəmirləri qaba yığırıq.
İçinə qiyməni tökürük.
Üstünə pendiri sürtgəcdən keçirib səpirik.
Xəmir olan hissələrə yumurta çəkirik. Çəkməsəniz də olar. Üstünə cörək otu və küncüt səpirik.
200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.
İsti-isti süfrəyə veririk.
Nuş olsun!