Ərzaqlar:

10-12 ədəd pomidor, 500 q xırda doğranmış qoyun əti, 2 ədəd baş soğan, 2 x.q əridilmiş kərə yağı, 50 q Holland ya da kaşar pendiri, 4-5 x.q mayonez, duz, istiot

Hazırlanması:

Xırda doğranmış əti suda tam bişiririk. Suyu qaynamağa başlayanda kəfini yığırıq. Suyuna az duz səpirik.
Soğanın qabığını soyub yuduq dan sonra xırda doğrayırıq.Soğanı tavaya töküb üstünə az duz və yağ əlavə edib qızılı rəngdə olanadək qovururuq.Bişmiş əti suyundan çıxarıb soğanın üstünə töküb qovururuq .Zövqə görə duz və istiot səpirik. 5-10 dəqiqə qovurub götürürük.Pomidoru yuyub kəsib içini təmizləyirik.Pendiri sürtgəcdən keçiririkPomidorların içinə az duz və istiot səpirik. Sonra hamısının içinə az pendirdən tökürük.Qovrulmuş ət ilə pomidoru doldururuq.Üstünə az mayonez çəkirik.Sonra üstünə pendirdən səpib soba qabına yığırıq.200 dərəcə qızdırılmış sobada üzü az qızaranadək bişiririk.Yeməyi isti-isti süfrəyə veririk.

Nuş olsun!

pomidor dolması necə hazırlanır, pomidor dolması hazırlamaq, sobada pomidor dolması hazırlanması

Comments

comments