Ərzaqlar:


4 ədəd qabaq
500 q çəkilmiş ət (yaxşı olar ki qoyun əti ilə mal ətinin qarışığı olsun)
2 ədəd baş soğan
Bir dəstə keşniş, şüyüd və nanə
Duz
İstiot
Şirəsi üçün:
2 ədəd böyük ölçülü pomidor
3 x.q duru yağ
3 x.q əridilmiş kərə yağı
1 st su
Duz
Istiot

Hazırlanması:

Əvvəlcə soğanın qabığını soyub yuduqdan sonra blenderdən ya da ət maşınından keçirib ətin üstünə əlavə edirik.
Göyərtiləri təmizləyib, yuyub, xırda doğrayıb ətin üstünə əlavə edirik.


Üstünə duz və istiot töküb əlimizlə yaxşı qarışdırırıq.

Kabakların qabığını soyub lay uzununa doğrayırıq.
Duzlayırıq 15-20 dəqiqə qalır.

Şirəsi üçün pomidorun qabığını soyub, xırda doğrayıb tavaya töküb ocağa qoyuruq.
Suyu çəkildikdə yağları əlavə edib 2-3 dəqiqə qovururuq.

Duz və istiotunu əlavə edib sonra qaynadılmış suyu tökürük. 2-3 dəqiqə kimi qaynadıqdan sonra ocaqdan alırıq.

Kabakları solfetka ilə qurulayırıq.

Ətdən şəkildəki kimi qoyub bükürük.


Bu şəkildə hamısını büküb qazana yan yana yığırıq.

Üstünə şirəni əlavə edib normal odda bişmək üçün ocağa qoyuruq.

Suyu çəkilib yağa düşdükdə yeməyimiz hazır olacaq.

Yeməyi isti-isti qaba yığıb süfrəyə veririk.

Nuş olsun!

Comments

comments