Ərzaqlar:


3 st un
2 ədəd yumurta
2,5 st süd
3 x.q duru yağ
3 x.q şəkər tozu
1 paket vanil
1 paket qabartma tozu
1 çimdik duz
Qızartmaq üçün əlavə duru yağ

Hazırlanması:

Südü, 3 x.q yağı, şəkər tozunu, yumurtanı, qabartma tozunu, duzu və vanili bir dərin qaba töküb qarışdırırıq.

Sonra üstünə ələnmiş unu töküb tam qarışanadək çalırıq.

Tavanı qızdırıb yağdan az tökürük. Xəmirdən bir xörək qaşığı tökürük. Hər iki üzünü qızardırıq.


Yağ azaldıqca əlavə edirik. Hamısını bu şəkildə bişiririk.
Süfrəyə verdikdə müxtəlif mürəbbələr və ya şokalad yağı ya da balla verə bilərsiniz.

Nuş olsun!

Comments

comments