Ərzaqlar:
(1 ədəd böyük pidə üçün)

6 st. un
1 st. ilıq süd
1 st. ilıq su
1/3 st. duru yağ
1 paket maya (10 qramliq tez maya)
1 x.q şəkər tozu
1.5 ç.q duz
1 ədəd yumurtanın ağı
Üzü üçün
1 ədəd yumurtanın sarısı
1 ç.q çörək otu

Hazırlanması

Əvvəlcə dərin bir qab götürüb ilıq suyu, şəkər tozunu və quru mayanı həll oylunanadək qarışdırırıq.

Sonra üstünə ilıq südü, duru yağı, duzu və yumurtanın ağını töküb qarışdırırıq.

Üstünə unu az -az əlavə edərək qarışdırır və yumşaq xəmir edirik .


Xəmirin üstünü salafanla örtüb otaq temperaturunda 45 dəqiqə gözlədirik.
Xəmir özünə gəldikdən sonra kündə edirik, soba qabına kağız qoyub üstündə kündəni 2 sm qalınlığında yayırıq.



Üzerinə salafan çəkib 15 dəqiqə gözlədirik sonra üstünə əlimizlə naxış salıb üstünə yumurtanın sarısını çəkirik.

Sonra çörək otunu səpirik.

190-200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişiririk.

(qeyd : kündəni 2 hissəyə bölüb eyni qayda ilə 2 kiçik pide də bişirə bilərsiniz)
Nuş olsun!

Comments

comments