(Çəbrayıl mətbəxi)
Ərzaqlar:
1 kq toyuq əti
50 q kərə yağı
2-3 x.q duru yağ
3 diş sarımsaq
1 x.q kəklikotu
Duz
Istiot
Hazırlanması:
Kərə yağını əridirik. Sonra bura kəklikotu, duz, istiot və əzilmiş sarımsaq töküb 3-5 dəqiqə qovururuq.
Qoyuruq soyuyur.
Toyuğu təmizləyib, yuyub hazırladığımız sarımsaqlı kəklikotlu yağın üstünə töküb qarışdırırıq.
Qaba kağız sərib toyuq ətini yığırıq.
Sobanı 180-200 dərəcədə qızdırıb qoyuruq bişməyə.
Bir üzü qızaranda o biri üzünü çeviririk. Hərtərəfi qızaranda götürürük.
Nuş olsun!