Ərzaqlar:
200 q toyuğun döş əti
1 banka lobya
1 banka qarğıdalı
1 ədəd kahı
50 q suxarı
Mayonez
Duz
Hazırlanması:
Toyuğun döş ətini duzlu suda bişirib xırda doğrayırıq.
Kahını təmizləyib, yuyub, doğrayırıq.
Lobya ilə qarğıdalını yuyub süzdükdən sonra dərin bir qaba tökürük. Kahını doğranmış toyuq ətini də əlavə edirik.Suxarını da əlavə edib qarışdırırıq.
Zövqə görə duz əlavə edib, mayonez əlavə edib qarışdırırıq.
Salatı süfrəyə verdikdə suxarını tökmək lazımdır.
Nuş olsun!