Ərzaqlar:
200 q xama
5 x.q mayonez
2 ədəd yumurta
1/2 ç.q duz
Aparanadək un.
Üzlük üçün:
Kolbasa
4 ədəd pomidor
2 ədəd şirin bibər
200 q sarı pendir
2-3 x.q mayonez
2-3 x.q ketçup
Duz
Hazırlanması:
Dərin bir qaba əvvəlcə 2 st un tökürük. Üstünə xamanı, mayonezi, yumurtanı və duzu əlavə edib qarışdırırıq.
Sonra yumşaq xəmir olanadək lazım olduğu qədər un töküb yumşaq xəmir düzəldirik.
Xəmiri iki hissəyə bölürük. Yəni bu ölçülərlə diametri 28-30 sm olan iki pizza alınır.
Pomidoru və bibəri yuyub doğrayırıq.
Kolbasanı doğrayırıq.
Pendiri sürtgəcdən keçiririk.
Qaba kağız qoyub kündənin birini diametri 28-30 sm olmaqla yayırıq.
Üstünə ketçup və mayonez çəkirik.
Pendirdən az səpirik.
Sonra kolbasa, pomidor və bibərdən yığırıq.
Duz səpib üstünə pendir səpirik.
210 dərəcə qızdırılmış sobada tam hazır olanadək bişiririk. Yəni baxmaq lazımdır ki xəmiri bişsin. Zövqə görə yayılmış xəmirin üstünə istədiyiniz üzlük töküb bişirə bilərsiniz.
Nuş olsun!