Ərzaqlar:
200 q toyuğun döş əti
100 q sarı bərk pendir
5-6 ədəd qara zeytun
2 ədəd təzə xiyar
3 ədəd pamidor
4 x.q mayonez
Duz
Istiot
Hazırlanması:
Toyuğun döş ətini duzlu suda bişiririk. Soyuduqdan sonra xırda doğrayırıq.
Pendirin yarısından çoxunu sürtgəcin böyük gözündən keçiririk. Qalanını xırda gözündən keçiririk.
Doğranmış toyuq əti ilə pendiri qarışdırırıq. Az duz və istiot səpirik.Mayonez töküb qarışdırırıq.
Qarışığı qaba yarımdairə şəklində yayıb düzəldirik.
Üstünə pamidoru yuyub xırda doğrayıb yığırıq.
Yanına xiyarı süzgəcdən keçirib yığırıq.
Xiyarın iç tərəfdən yanına xırda gözdən keçmiş pendiri yığırıq. Qara zeytunu 4 yerə bölüb şəkildəki kimi pamidorun üstünə yığırıq. Salatımız hazırdı.
Nuş olsun!