Ərzaqlar:
250-300 q hazır bişmiş qiymə(Soğan, duz və istiot vurulmuş)
25 ədəd siqara börəyi yuxası
Qızartmaq üçün duru yağ
Hazırlanması:
Yuxanın birini götürüb içlikdən 1 x.q enli tərəfə tökürük. Nazik uzun yayırıq.
Bir dəfə büküb yanlarını içəri doğru qatlayıb sıx bükürük. Yuxanın uc hissəsinə su vurub yapışdırırıq.Bu şəkildə hamsını hazırlayırıq.
Tavada yağda hər tərəfini qızardırıq.
Qızarmış siqara börəyini isti-isti süfrəyə veririk.
Nuş olsun!