Ərzaqlar:
1,5 kq toyuq
4-5 ədəd baş soğan
3-4 dəstə cəfəri
100 q qoz ləpəsi
3 x.q əridimiş kərə yağı
2 x.q abqora
1 x.q şəkər tozu
Ç.q ucunda sarıkök
Duz
Istiot
Hazırlanması:
Toyuğun ətini təmizləyib doğrayıb yuyuruq. Duz, istiot və sarıkök vurub qarışdırırıq. Qazana yığıb üstünə su töküb yarıbişmiş olanadək qaynadırıq.Qaynamağa başlayanda kəfini yığırıq. Bişənə yaxın duzunu tökürük.
Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.
Soğanın üstünə az su, duz və yağ əlavə edib qızılı rəngdə olanadək qovururuq.
Cəfərini təmizləyib yuyub xırda doğrayırıq.
Qoz ləpəsini blenderdə ya da maşından keçiririk.
Qovrulmuş soğanın üstünə cəfərini töküb 5-6 dəqiqə qovururuq.
Sonra üstünə toyuğun ətini sudan çıxarıb tökürük. 5-6 dəqiqə qarışdırıb sonra üstünə qoz ləpəsini, abqoranı,şəkər tozunu, duz və istiotu əlavə edib qarışdırırıq.
Üstünə az toyuğun suyundan töküb vam odda bişməyə qoyuruq. Suyu çəkilib yağa düşəndə yemək hazır olacaq.
Yeməyi isti-isti süfrəyə veririk. Bu yeməyi tək ya da düyünün yanında süfrəyə verə bilərsiniz.
Nuş olsun!