Ərzaqlar:

500-600 q kartof

3 ədəd baş soğan

3 ədəd yumurta

1 x.q pomidor məti (tomat) ya da 3 ədəd təzə pamidor

2-3 x.q əridilmiş kərə yağı

Duz

Istiot

Balaca dəstə keşniş şüyüd

Hazırlanması:

Soğanın qabığını soyub yuduqdan sonra xırda doğratırıq.

Soğanın üstünə az su, duz və yağ əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Sonra pomidor mətini əlavə edib qarışdırırıq.

Kartofun qabığını soyub yuduqdan sonra nazik yarımhalqa doğrayırıq.

Qovrulmuş soğanın üstünə kartofu əlavə edib 3-5 dəqiqə qovururuq. Duz da əlavə edirik.

Kartofun üstünə çıxanadək qaynar su töküb bişməyə qoyuruq.

Kartof tam bişəndə yeməyə yumurtanı çalıb tökürük. (Yumurtanı çaldıqda içinə az duz və istiot vururuq) Yeməyin istiotunu əlavə edib duzuna bir daha baxırıq.

Hazır isti yeməyi qaba yığıb üstünə təmizlənib yuyulub xırda doğranmış göyərti səpirik.


Nuş olsun!

Comments

comments