Ərzaqlar:

6 ədəd baş soğan

6 ədəd yumurta

2-3 x.q q əridilmiş kərə yağı

2 x.q abqora

Duz

Istiot

Hazırlanması:

Soğanın qabığını soyub yuduqdan sonra nazik halqa doğrayırıq.

Əvvəlcə üstünə az su töküb bir az portürük. Sonra duz və yağ əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Qovrulduqdan sonra abqoranı əlavə edirik.

Yumurtaların üstünə duz və istiot əlavə edib çalırıq.

Çağınmış yumurtanı soğanın üstünə əlavə edirik.

Yumurta tam bişəndə yeməyimiz hazır olacaq.

Nuş olsun!

Comments

comments