Ərzaqlar:

500-600 q qoyun ya da mal əti

2 ədəd baş soğan

1 ədəd kartof

1 ədəd yumurta

Duz

Istiot

Qızartmağa duru yağ

(Zövqə görə istəsəniz içinə sarıkök, kəklik otu ya da cəfəri və ya keşniş tökə bilərsiniz)

Hazırlanması:

Kartof ilə soğanın qabığını soyub yuyuruq.

Əti yuyub suyu süzüləndən sonra ət çəkən maşından kartof və soğanla bir iki dəfə keçiririk.

Çəkilmiş ətin üstünə yumurta, duz və istiot töküb yaxşı qarışdırırıq.

Qarışığı 1 saat soyuducuda saxlayırıq.

Sonra tavada yağı qızdırıb ətdəb qozdan böyük ölçüdə götürüb əlimiz ilə yumrulayıb yastılayıb tavaya yığırıq.

Kotletin hər iki üzünü qızardırıq.

Hazır yeməyi isti-isti süfrəyə veririk. Bu yeməyin yanında kartof əzməsi, kartof qızartması, qarabaşaq, vermeşel, makaron və s verə bilərsiniz.

Nuş olsun!

Comments

comments