Göyçay rayonuna məxsus yeməkdir.
Ərzaqlar:
3 ədəd nar
3-4 ədəd yumurta
2 ədəd baş soğan
2 x.q əridilmiş kərə yağı
Duz
Istiot
Hazırlanması:
Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.
Doğranmış soğanın üstünə az su, duz və yağ əlavə edib qızılı rəngdə olanadək qovururuq.
Narı dənələyirik.
Dənələnmiş narı qovrulmuş soğanın üstünə töküb qarışdırırıq.
Həzin odda bişməyə qoyuruq. (təxmini 15 dəqiqə) Narın rəngi dəyişəcək. Yumurtaları sındırıb üstünə duz və istiot töküb çalırıq. Çalınmış yumurtanı narlı soğan qovurmasının üstünə əlavə edirik. Tez qarışdırıb tavanın qapağını örtürük.
Yumurta bişdikdə yeməyimiz hazır olacaq.
Nuş olsun!