Ərzaqlar:
1 kq un
3 ədəd yumurta
25 q kərə yağı
1 ç.q duz
1 ç.q limon suyu
1,5 st ilıq su
Yuxanı yaymaq üçün:
200 q buğda nişastası.
Hazırlanması:
Unu bir qaba ələyib urtasını açırıq.
Ortasına yumurta, limon suyu, kərə yağı,(əridib ilıq olanda tökürük)və su töküb üstünə duzu səpirik.
Qarışdırırıq və əlimiz ilə bərk xəmir yoğururuq. Xəmirin üstünə nəm dəsmal qoyub 20-30 dəqiqə saxlayırıq.
Sonra xəmirdən 20 ədəd kündə düzəldirik. Yenidən kündələrin üstünü nəm dəsmalla örtüb 20-30 dəqiqə saxlayırıq.
Sonra oxlov vasitəsi ilə nişasta töküb nazik yuxa yayırıq.
Bacardığınız qədər nazik açın.
Açılmış yuxaları istədiyiniz türk paxlavalarında istifadə edə bilərsiniz.
Nuş olsun!