Ərzaqlar:
Xəmir üçün:
1/2 st duru yağ (qarğıdalı ya da zeytun)
1/2 st qatıq
2 ədəd yumurta(bir yumurtanın sarısı üz üçün saxlanılır)
125 q kərə yağı
1 paket qabartma tozu
1 ç.q duz
4 st un
Üz üçün:
1 ədəd yumurta sarısı
Küncüt ya da çörəkotu
İçlik (Zövqə görə istədiyiniz içliyi qoya bilərsiniz)
Hazır bişirilmiş qiymə
Kartof əzmaəsi
Ağ pendir
Hazırlanması:
Dərin bir qab götürüb kərə yağını əridib qaba tökürük. Üstünə duru yağı, qatığı yumurtanın birinin sarısını saxlayıb qalanın, duzu və qabartma tozunu töküb qarışdırırıq.
Sonra unu az-az töküb qarışdırırıq.
Əlimizlə yumşaq xəmir düzəldirik.
Xəmiri 15 yerə bölüb kündəliyirik.
Kündənin birini götürüb 0,5 sm qalınlıqda yayıb içlikdən 1 ç.q qoyub bübürük. Sonra ağzı aşağı çeviririk. Bu şəkildə hamısını düzəldirik.
Qaba kağız sərib hazırladığımız poğaçaları yığırıq.
Üzünə yumurta çəkib çörək otu ya da küncüt səpirik.
190-200 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.
Nuş olsun!