Ərzaqlar:

850 q təmizlənmiş kartof

1 st süd

50 q kərə yağı

Ç.q ucunda sarıkök

Duz

Istiot

Hazırlanması:

Kartofun qabığını soyub yuduqdan sonra bir necə yerə bölürük.

Üstünə su əlavə edib bişməyə qoyuruq.

Kartof tam bişdikdə ocaqdan alırıq. Qazanın içində su qalmamalıdır.

Kartof əzənlə kartofu əzirik.

Əzilmiş kartofun üstünə duz, istiot , sarıkök və yağ töküb qarışdırırıq.

Tam qarışdıqdan sonra südü əlavə edib yaxşı qarışdırırıq.

Bir daha duzuna baxıb qarışdırıb qablara yığıb süfrəyə isti-isti veririk.

Kartof əzməsini istədiyiniz quru yeməklərin yanında süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments