Ərzaqlar:

1 kq hinduşka əti

150 q təmizlənmiş şabalıd

100 q noxud (bişirilib təmizlənmiş)

2-3 x.q əridilmiş kərə yağı

2-3 ədəd kartof

2 ədəd baş soğan

1 ədəd heyva

15 ədəd alça turşusu (balaca)

Zəfəran

Duz

Istiot

Nanə qurusu

Hazırlanması:

Hinduşqa ətini təmizləyib yuyub suda bişiririk. Suyu qaynamağa başlayanda kəfini yığırıq. (Hinduşqa ətinin gözəl olmağını istəyirsinizsə suyuna 1 baş soğan və 4-5 alça turşusu töküb bişirə bilərsiniz) Bişməyə az qalmış suyuna duz əlavə edirik.

Bişdikdən sonra sudan çıxardırıq.

Soğanı təmizləyib yuyub xırda doğrayıb qazana yağ və duz töküb qızılı rəngdə olanadək qovururuq.

Əti soğanın üstünə töküb az qovurub ətin öz suyundan töküb kartöfu təmizləyib yuyub 2-4 yerə bölüb yeməyə əlavə edirik. Alça turşusunu əlavə edirik.


Kartof bişənə yaxın şabalıdı noxudu və dilimlənmiş heyvanı əlavə edirik. Dəmlənmiş zəfəran suyunu əlavə edirik.

Yemək hazır olanda süfrəyə isti-isti verilir. Üstünə nanə qurusu tökürük.

Nuş olsun!

Comments

comments