
Ərzaqlar:

5 halqa ananas
250 q toyuq əti
1 balaca banka qarğıdalı
3 ədəd yumurta
100 q bərk sarı pendir
Mayonez
Duz
Hazırlanması:
Toyuq ətini duzlu suda bişirib soyuduqdan sonra doğrayırıq.

Pendiri sürtgəcdən keçiririk.

Ananası doğrayırıq.

Yumurtanı suda bişirib soyuduqdan sonra sürtgəcdən keçiririk.

1-ci düz qab götürüb toyuq ətini yayırıq və mayonezləyirik.

2-ci qarğıdalını yuyub qurulayıb toyuğun üstünə töküb yayırıq və mayonezləyirik.

3-cü ananası düzüb mayonezləyirik.

4-cü yumurtanı yayıb az duz səpib mayonezləyirik.

5-ci pendiri səpirik.

6-cı üstünə mayonezi yayıb ya da topa qoyub bəzəyə bilərsiniz. Zövqə görə kim necə istəsə bəzəyə bilər.

Nuş olsun!






























