
Ərzaqlar:

5 halqa ananas
250 q toyuq əti
3 ədəd yumurta
3 ədəd kartof
1 dəstə göy soğan
Mayonez
Duz
Qoz ləpəsi
Hazırlanması:
Toyuq ətini duzlu suda bişirib soyuduqdan sonra doğrayırıq.

Ananası doğrayırıq.

Yumurtanı suda bişirib soyuduqdan sonra sürtgəcdən keçiririk.

Kartofu suda bişirib qabğını soyub sürtgəcin gözündən keçirdirik.

1-ci düz qab götürübkartofun yarısını qaba yayırıq duz səpib mayonezləyirik.

2-ci toyuğun yarısını töküb yayırıq və mayonezləyirik.

3-cü yumurtanın yarısını yayıb az duz səpib mayonezləyirik

4-cü ananası düzüb mayonezləyirik.

5-ci qalan yumurtanı səpib düz töküb mayonezləyirik.

6-cı qalan toyuq ətini yayıb mayonezləyirik.

7-ci qalan kartofu yayıb duz səpib mayonezləyirik.

Təmizlənib yuyulmuş soğanı arxa hissəyə taxıb üstünü qoz ləpəsi ilə bəzəyirik.

Nuş olsun!






























