Ərzaqlar:
Xəmir üçün:
Bu xəmir ölçüləri ilə 18-20 pide alınır. Siz istəsəniz reseptdəki ərzaqları yarı ölçü ilə götürüb 10 ədəd bişirə bilərsiniz.
6-6,5 st un, 1 st ilıq süd, 1 st ilıq su, 1 st duru yağ, 1 yumurta (sarısı üzü üçün saxlanılır), 1 ç.q duz, 2 ç.q şəkər tozu, 1 paket quru maya
İçlik üçün:
Kərə yağı, kaşar pendir, duz
Hazırlanması:
Undan başqa bütün ərzaqları dərin bir qaba töküb qarışdırırıq.Sonra unu az-az töküb əvvəl qaşıqla sonra isə əl ilə qarışıdrıb yumşaq xəmir düzəldirik.Xəmiri isti yerdə qoyuruq acıyır. (1-2 saat) Xəmir acımalıdır. Acımasa tələsməyin gözləyin acısın ondan sonra istifadə edin.Xəmirdən 18-20 kündə düzəldirik.Pendiri sürtgəcdən keçiririk.Kündəni oxlovla uzununa yayırıq.Yanlarını düzəldib kağız sərilmiş qaba yığıb yanlarına yumurta sarısı çəkirik.200 dərəcə qızdırılmış sobada yanları qızaranadək bişiririk.Sonra çıxarıb ortasın kərə yağı çəkib pendir və az duz sıpib yenidən sobaya qoyuruq.Pendir əriyən kimi 2-3 dəqiqə saxlayıb götürürük.Pideni isti-isti süfrəyə veririk. Soyuq olanda dadlı olmur.
Nuş olsun!
Pide, pidə, pide necə hazırlanır, xəmir işləri, xəmir xörəkləri, duzlu xəmir, yaölı xəmir