
Ərzaqlar:
Xəmir üçün:
Bu xəmir ölçüləri ilə 18-20 pide alınır. Siz istəsəniz reseptdəki ərzaqları yarı ölçü ilə götürüb 10 ədəd bişirə bilərsiniz.

6-6,5 st un
1 st ilıq süd
1 st ilıq su
1 st duru yağ
1 yumurta (sarısı üzü üçün saxlanılır)
1 ç.q duz
2 ç.q şəkər tozu
1 paket quru maya
İçlik üçün:

Ağ pendir
Kaşar pendir.
Pomidor
Hazırlanması:
Undan başqa bütün ərzaqları dərin bir qaba töküb qarışdırırıq.

Sonra unu az-az töküb əvvəl qaşıqla sonra isə əl ilə qarışıdrıb yumşaq xəmir düzəldirik.


Xəmiri isti yerdə qoyuruq acıyır(1 saat)
Xəmir acımalıdır. Acımasa tələsməyin gözləyin acısın ondan sonra istifadə edin.

Xəmirdən 18-20 kündə düzəldirik.

Pendiri sürtgəcdən keçiririk. Ağ pendiri çəngəl ilə əzirik.

Kündəni oxlovla uzununa yayırıq.

Ortasına ağ pendir səpib üstünə doğranmış pomidor dilimləri düzüb yanlarını düzəldirik.



Qaba kağız sərib yan-yana yığırıq. Yanlarına yumurta sarısı çəkirik.
200 dərəcə qızdırılmış sobada yanları qızarana kimi bişiririk.


Sonra sobadan çıxarıb üstünə sürtgəcdən keçirilmiş pendiri səpib yenidən sobaya qoyub qızaranadək bişiririk.

Pideni isti-isti süfrəyə veririk. Soyuq olanda dadlı olmur.

Nuş olsun!






























