Ərzaqlar:

1 ədəd kənd toyuğu

2 diş sarlmsaq

1-2 x.q əridilmiş kərə yağı

Duz

Istiot

Hazırlanması:

Toyuğu təmizləyib yuyub bel hissəsindən iki yerə bölürük.

Sarımsağı əzib toyuğun üstünə tökürük. Duz və istiot əlavə edib hər tərəfinə sürtürük.

Tavada yağı qızdırıb əbbəlcə töyuğun döş hissəsi aşağı olmaqla qızardırıq.

Sonra alt hissəsini çevirib tam qızaranadək bişiririk.

Hər tərəfi qızardıqda yeməyimiz hazır olacaq. Yeməyin yanında istədiyiniz xuruşlar verə bilərsiniz.

Nuş olsun!

Comments

comments