
Ərzaqlar:

1,5 kq toyuq əti
1/2 st duru yağ
1 ədəd limon
3 x.q qatıq
1 x.q pomidor məti
1 x.q kəklikotu
Ç.q ucunda keşniş toxumunun əzməsi
Duz
istiot
Hazırlanması:
Toyuğun ətini təmizləyib yuyuruq.

Ətin üstünə yağı, qatığı, pomidor mətini, kəklikotunu, keşniş toxumu əzməsini, duzu, istiotu, limon suyunu və limonun qabığını sürtgəcdən keçirib tökürük.

Yaxşı qarışdırıb 1-2 saat sərin yerdə saxlayırıq.

Soba qabına kağız sərin əti yan-yana yığırıq.200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk. Üzü qızarmağa başlayanda altını üzünə çevirib hər iki üzünü qızardırıq.

Hazır isti yeməyi süfrəyə veririk.

Nuş olsun!






























