Ərzaqlar:
2/3 st yumru düyü
2 ədəd yumurta sarısı
3 x.q un
4 st qatıq
8 st su
Duz
25 q kərə yağı
2 x.q nanə
Hazırlanması:
Düyünü təmizləyib yuyub üstünə 6 st su töküb bişməyə qoyuruq.
Başqa bir qaba qatığı, yumurta sarısını, unu və qalan suyu əlavə edib çalırıq.
Düyü bişdikdə qatıqlı qarışığı az-az üstünə töküb tez-tez qarışdırırıq. Qaynamağa başladıqda 5-10 dəqiqə qarışdırıb duzunu tökürük.
Tavada kərə yağını əridib nanə qurusunu töküb 2-3 dəqiqə qarışdırıb götürürük.
Kərə yağında olan nanəni yeməyə əlavə edib qarışdırırıq. Yayla şorbası hazırdır.
Şorbanı isti-isti süfrəyə veririk.
Nuş olsun!