Ərzaqlar:
1 st qatıq
1/2 st duru yağ
125 q kərə yağı
2 ədəd yumurta(1 yumurta sarısı üzü üçün saxlanılır)
1 paket qabartma tozu
1/2 ç.q duz
4,5 st un
İçlik üçün:
250 q ağ pendir
Bir balaca dəstə cəfəri
Üz üçün:
1 ədəd yumurta sarısı
1 x.q çörəkotu
Hazırlanması:
İçlik üçün pendiri çəngəl ilə əzirik və üstünə təmizlənib yuyulmuş cəfərini xırda doğrayıb töküb qarışdırırıq.İçliyimiz hazırdı.
Dərin bir qaba yumşaq kərə yağını, duru yağı, qatığı, duzu, qabartma tozunu və yumurtanı töküb qarışdırırıq. Sonra üstünə az-az un töküb qarışdırıb sonra əlimiz ilə yumşaq xəmir düzəldirik.
Xəmirdən 24 ədəd kündə düzəldirik.
Kündənin birini götürüb əlimiz ilə uzunsov yayırıq.
İçlikdən 1 x.q qoyub bükürük. Bükülən tərəfi alta olmaqla soba qabına kağız səpib yığırıq.
Bu şəkildə hamısını düzəldirik.
Üzünə yumurta çəkib çörəkotu səpirik.
190-200 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.
Nuş olsun!