Türk mətbəxi
Ərzaqlar:
4 st qatıq
8 ədəd balaca xiyar
2 x.q quru nanə
1-2 diş sarımsaq
1 st su
Duz
Hazırlanması:
Xiyarı təmiz yuyub (istəyə görə qabığını soya bilərsiniz) sürtgəcin böyük gözündən keçiririk.
Sarımsağı sarımsaq əzənlə əzib xiyarın üstünə əlavə edirik.
Qatığı dərin qaba töküb yaxşı çalırıq düyür qalmasın.
Xiyarı, sarımsağı, nanəni və zövqə görə duzu töküb qarışdırırıq.
Suyu əlavə edib yeniən duzuna baxırıq.
Soyuducuda yarım saat saxladıqdan sonra süfrəyə verə bilərsiniz.
Nuş olsun!