Türk mətbəxi

Ərzaqlar:

2 ədəd balaca banka konserv olunmuş qarğıdalı

1 ədəd toyuğun döş əti (ya da 1 ədəd bud dibi ilə bir)

1 ədəd baş soğan

2 ədəd kartof

2 x.q qarğıdalı nişastası

1 st süd

2 x.q əridilmiş kərə yağı ya da duru yağ

Duz

Istiot

Hazırlanması:

Toyuğun döş ətini duzlu suda bişiririk. Bulyondan çıxarıb didirik.

Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

Soğanın üstünə yağ əlavə edib az duz səpib 3-5 dəqiqə qovururuq. Üstünə nişastanı əlavə edib yenə 2-3 dəqiqə qovururuq.

Sonra bulyondan tökürük. (təqribən 3 st ya da su tökə bilərsiniz).

Kartofun qabığını soyub yuduqdan sonra xırda doğrayıb qarğıdalı ilə bir bulyona əlavə edirik.


Kartof tam bişdikdə blenderdən keçirib püre vəziyyətinə gətiririk.

Üstünə toyuğun ətini əlavə edirik. Südü tökürük. Suuyu qatı olsa normal olanadək su əlavə edib qarışdırırıq. Zövqə görə duz və istiotunu da əlavə edirik. Yenidən ocaqda 5-10 dəqiqə kimi bişiribgötürürük.

Zövqə görə istəsəniz əridilmiş kərə yağına qırmızı toz bibər əlavə edib qızdırıb şorbanı süfrəyə verdikdə üstünə tökə bilərsiniz.

Nuş olsun!

Comments

comments