Türk mətbəxi
Ərzaqlar:
300 q çəkilmiş ət
2 x.q əridilmiş kərə yağı
6 st qaynadılmış isti su
1/2 st tel şəhriyyə
2 x.q pomidor məti
Duz
Istiot
Hazırlanması:
Çəkilmiş ətin üstünə duz və istiot töküb yaxşı qarışdırırıq.
Qiymədən fındıq boyda küftəciklər düzəldirik.
Qazana yağı töküb əridib küftəcikləri tökürük. Arada qazanı sirkəliyirik. Qaşıqla qarışdırmayı ki dağılmasın.
5-10 dəqiqə qovrulduqdan sonra üstünə pomidor mətini töküb qarışdırıb suyu tökürük.
20-25 dəqiqə sonra şəhriyyəni əlavə edirik. Yeməyin duzuna baxıb zövqə görə duzunu əlavə edirik.
Şəhriyyə bişdikdə yeməyin istiotunu da əlavə edib götürürük. Zövqə görə istədiyiniz göyərtini doğrayıb tökə bilərsiniz.
Nuş olsun!