Ərzaqlar:

500 q alça, 1 balaca dəstə nanə və ya reyhan, 1 balaca diş sarımsaq, duz

Hazırlanması:

Alçanı, nanəni və sarımsağı təmizləyib yuyuruq.Alçanı tumundan təmizləyirik.Tumdan təmizlənmiş alçanı blenderdə əzirik. Çalışın ki, çox əzilməsin xırdalansın. (Ya da daş ilə və ya həvəngdəstədə də əzə bilərsiniz.)

Əzilmiş alçanın üstünə nanəni xırda doğrayırıq. Sarımsağı əzib (ya da xırda doğrayıb tökürük) tökürük və yaxşı qarışdırırıq.

Nuş olsun!

Doymec, döyməc, döyməc necə hazırlanır, metbex

Comments

comments