Ərzaqlar:
300 q alça, 300 q albalı (vişnə), 200 q gilas, 2-3 ədəd ərik, 1 balaca dəstə reyhan, 1 diş sarımsaq, duz
Hazırlanması:
Bütün meyvələri, reyhanı və sarımsağı təmizləyib yuyuruq.Albalını tumundan təmizləyib sonra əzirik.Əriyi və alçanı tumundan təmizləyib əzirik ya da blenderdən keçiririk. (Blenderdən keçirdikdə xırdalanan kimi götürürük ki, çox su kimi olmasın) (Bütün meyvələri daş ilə və ya həvəngdəstədə də əzə bilərsiniz.)Əzilmiş meyvələri bir qaba töküb üstünə reyhanı xırda doğrayırıq və sarımsağı əzib tökürük.Yaxşı qarışdırdıqdan sonra adi halda da yeyə bilərsiniz ya da kababların və bəzi quru yeməklərin yanında da yeyə bilərsiniz.
Nuş olsun!
Döymec, döymec necə hazırlanır, doymec nece hazirlanir, metbex, metbəx