Ərzaqlar:
Şokolad (ağ, qara, tünd və ya açıq )
Hazırlanması:
Şokoladı su hamamında əridirik.
Tam əridikdən sonra mətbəx şprisinə ya da torbasına incə deşik olandan başlıq taxıb isti ərimiş şokoladı doldurub, perqament kağızını naxışın üstünə qoyub naxışın üstü ilə şokoladlayırıq.
Naxışları çox nazik salmayın ki götürəndə qırılmasın.
Qurtardıqdan sonra soyuducuya qoyuruq donur.
Hazır şokolad naxışlarını istədiyiniz bütün növ şirniyyatlarda istifadə edə bilərsiniz.
Nuş olsun!