Ərzaqlar:500-600 q toyuğun döş əti, 1 ç.q un, 1 ədəd yumurta, 1 ç.q sumax, 12 ədəd balaca pomidor, 2 ədəd şirin bibər, duz, istiot, qızartmaq üçün duru yağ, kotletin üstü üçün əlavə 3 x.q un
Hazırlanması:
Toyuğun döş ətini təmizləyib yuduqdan sonra balaca hissələrə bölürük.Ət maşınından iki dəfə keçirdirik.Ətin üstünə duz, istiot, yumurta, sumax və un əlavə edib yaxşı qarışdırırıq.Bibəri yuyub təmizləyib dörd yerə bölüb sonra iki yerə bölürük. Pomidorları yuyuruq.Ətdən qoz boyda yumrular düzəldib una batırırıq.Tatavada qızdırılmış duru yağa yumruladığımız kotletləri düzürük.Hər tərəfini qızardırıq.Həmin tavaya pomidoru töküb üstünə az duz səpib 2-3 dəqiqə pörtürük.Sonra bibərin də üstünə az duz səpib onu da yağda 2-3 dəqiqə pörtürük.Bütün ərzaqlarımız hazır olduqdan sonra kotleti, pomidoru və bibəri şişlərə keçirdirik. Uşaqlar üçün bu yemək daha maraqlı olur. Ona görə də ləzzətlə yeyirlər.Nuş olsun!
toyuq kotleti hazırlamaq, toyuq kotletinin hazırlanması, toyuq kotleti necə hazırlanır, çubuqda kotletç çubuqda toyuq,