Ərzaqlar:

1 ədəd quzu budu

5-6 diş sarımsaq

Duz

Istiot

Hazırlanması:

Budu təmizləyib yuyub solfet ya da dəsmalla quruduruq. Bıçaqla hər tərəfindən deşiklər açırıq.

Sarımsağı təmizləyib yuyub nazik uzun doğrayırıq.

Doğranmış sarımsaqları ətin deşiklərinə doldururuq. Duz və istiotlayırıq.

Sərin yerdə ən azı 1 saat saxlayırıq. Qaba qoyub 180-200 dərəcə qızdırılmış sobada hazır olanadək bişiririk. Üz hissəsi qızardıqda alt hissənin də yaxşı qızarması üçün çevirə bilərsiniz.

Quzu budunu isti-isti süfrəyə veririk.

Nuş olsun!

Comments

comments