Ərzaqlar:

500 q çəkilmiş qoyun ya da mal əti

5 ədəd yumurta

3 ədəd baş soğan

3 x.q əridilmiş kərə yağı

Ç.q ucunda sarıkök (ya da zəfəran)

Duz

Istiot

Hazırlanması:

Əti soğanla bir ət maşınından keçiririk.Üstünə yağ 2 x.q əlavə edib qovururuq.

Hazır olmağa az qalmış sarıkök, duz və istiotunu tökürük.

Soba qabına 1 x.q yağı əlavə edib sobada qızdırırıq.

Sonra çıxarıb hazır qiyməni qaba töküb yayırıq.

Yumurtanın üstünə duz və istiot əlavə edib çalırıq.

Çalınmış yumurtanı qiymənin üstünə tökürük.

180-200 dərəcə qızdırılmış sobada yumurta bişənə qədər bişiririk.

Hazır olduqda çıxarıb romb şəklində kəsib süfrəyə veririk.

Nuş olsun!

Comments

comments