Ərzaqlar:
2 dəstə ispanaq
1 balaca dəstə şüyüd
1 balaca dəstə keşniş
1 balaca dəstə nanə
3 x.q əridilmiş kərə yağı
2 yumurta
1 diş sarımsaq
1/2 st uzun düyü
1 ç.q abqora
Duz
Hazırlanması:
Göyərtiləri təmizləyib yuyub xırda doğrayırıq.
Göyərtini qazana töküb üstünə yuyulmuş düyünü və 1 st suyu töküb bişməyə qoyuruq.
Bişməyə 10 dəqiqə qalmış yağı, abqoranı, duzu və sarımsağı əzib tökürük.
5 dəqiqə sonra yumurtanı çalıb tökürük. Vam odda bişiririk.
Yumurta bişdikdə yeməyimiz hazır olacaq.
Nuş olsun!