Ərzaqlar:

Balaca banka konserv olunmuş qarğıdalı

2 ədəd pomidor

1 ədəd şirin bibər

100 q ağ pendir

2 x.q zeytun yağı

Balaca dəstə nanə və şüyüd

Duz

Hazırlanması:

Şirin bibəri yuyub təmizləyib dörd bölüb nazik doğrayırıq.

Pomidoru yuyub dörd bölüb nazik doğrayırıq.

Pendiri dördkünc doğrayırıq.

Nanə ilə şüyüdü təmizləyib yuyub xırda doğrayırıq.

Doğranmış ərzaqları, yuyulmuş qarğıdalını bir qaba töküb qarışdırırıq.

Qarışığa duz və zeytun yağı əlavə edib yenə qarışdırırıq. Salatı qaba yığıb süfrəyə veririk.

Nuş olsun!

Comments

comments