Ərzaqlar:

Xəmir üçün:

4st un

1/2 st ilıq süd

1/2 st ilıq su

1/2 st duru yağ

1 ədəd yumurta(sarısı üz üçün)

1 ç.q quru maya

1 x.q şəkər tozu

1ç.q duz

İç üçün:

500 q mal əti

50 q kərə yağı

1 baş soğan

Duz

Istiot

Üz üçün:

1 ədəd yumurta sarısı

Hazırlanması:

İçi hazırlamaq üçün ət ilə soğanı maşından keçirdirik. Üstünə yağı əlavə edib tam bişənədək qovururuq. Zövqə görə duz və istiotunu da tökürük. Ət tam bişdikdə içliyimiz hazır olacaq.

Su ilə şəkər tozu və mayanı qarışdırırıq. 5-10 dəqiqə saxlayırıq.

Unu bir qaba ələyib üstünə süd, yağ, yumurta, mayalı suyu və duz əlavə edib xəmiri yoğururuq.

Yumşaq xəmir olacaq.

Xəmirin üstünü örtüb isti yerdə 2 saat saxlayırıq.

Acıdıqdan sonra 22-23 kündə düzəldirik.

Oxlov vasitəsi ilə 0,5 sm qalınlıqda yayırıq.

İçlikdən 1 x.q qoyub yanlarını bərkidirik. Bu şəkildə bütün kündələri düzəldirik.

Bükülən tərəfi alta olmaqla qaba kağız sərib aralı yığırıq. (Kağız sərməyə də bilərsiniz.) 15-20 dəqiqə saxlayırıq.

Sonra üstünə yumurta sarısı çəkirik.

180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.

Nuş olsun!

Comments

comments