Ərzaqlar:
7 ədəd badımcan
4 ədəd pomidor
3 diş sarımsaq
1/4 st su
Duz
Istiot
Qızartmaq üçün duru yağ
Hazırlanması:
Pomidoru yuyub halqa doğrayırıq. Sarımsağı soyub yuyub xırda doğrayırıq.
Təmizlənib yuyulmuş badımcanın qabığını zolaqlı şəkildə soyuruq. Nazik uzun doğrayırıq. Üstünə duz töküb 5-10 dəqiqə saxlayırıq. Sonra sıxıb acı suyunu çıxarıb yuyuruq. Solfet ilə quruduruq.
Tavada yağı qızdırıb badımcanları qızılı rəngdə hər iki üzünü qızardırıq.
Sonra həmin tavada pomidorları hər iki üzünü az pörtürük.
Qazana birinci qızarmış badımcanları yığırıq.
Üstünə pomidorları düzürük.
Sarımsağı səpib yeməyin üstünə duz, istiot və su tökürük.
Normal odda 15-20 dəqiqə bişiririk. Suyu çəkilib yağa düşdükdə hazır olacaq.
Nuş olsun!