
Ərzaqlar:

5 st süd
5 st su
1 st lobya
Zövqə görə duz
Xəmir üçün:
1 st un
1/4 ç.q duz
1/4 st ilıq su
1/2 ədəd və ya 1 ədəd balaca yumurta
Hazırlanması:
Əriştəni hazırlamaq üçün [url=http://resept.az/Eriste-xemiri-7765.html]Əriştə xəmiri[/url] baxa bilərsiniz.
Lobyanı axşamdan suda islağa qoyuruq. Sabahı günü yuyub üstünə su töküb bişiririk.
Süd ilə suyu qarışdırıb ocağa qoyuruq.

Süd ilə su qarışığı qaynamğa başlayanda əriştəni tökürük.

10-15 dəqiqəyə bişəcək. Bişməyə 5 dəqiaə qalmış lobyanı da əlavə edirik. Lobyanın suyundan da az yeməyə əlavə edirik. Lobya suyu yeməyə rəng verəcək və dadı dəyişəcək. Zövqə görə duzunu da tökürük.

Yeməyi isti-isti qablara çəkib süfrəyə veririk.

Nuş olsun!





























