Ərzaqlar:

2 st un

1 ədəd yumurta

1/2 ç.q duz

1/2 st ilıq su

Hazırlanması:

Unu bir qaba ələyirik. Unun üstünə duz, yumurta və su əlavə edib əvvəlcə qaşıqla qarışdırırıq.

Sonra əlimizlə normal xəmir yoğururuq.

Xəmiri iki hissəyə bölüb kündəliyirik.

Bir kündəni götürüb un səpib oxlovla yazik yuxa yayırıq.

Yuxanın üstünə çoxlu un səpirik.

Yuxanı oxlova bükürük.

Oxlovu çıxardırıq.

Bıçaqla eni 2 mm qalınlıqda kəsirik. (Əriştə adətən 2 mm endə kəsilir siz müxtəlif yeməklərdə ya ondan da nazıi ya da qalın kəsib istifadə edə bilərsiniz)

Kəsdiyimiz əriştəni unlayıb səririk.

Kəsilmiş əriştəni ya qurudub yeməklərdə istifadə də edə bilərsiniz ya da bir başa az təpidib istifadə edə bilərsiniz. Əriştəni yeməklərə tökdükdə sirkələyib ununu töküb sonra tökürük.

Nuş olsun!

Comments

comments