Ərzaqlar:
5 st su
5 st süd
1/2 ç.q duz(zövqə görə)
50 q kərə yağı
1/2 ç.q darçın
Xəmir üçün:
2 st un
1 ədəd yumurta
1/2 ç.q duz
1/2 st ilıq su
Yuxanı yaymaq üçün 5-6 x.q un
Hazırlanması:
Əvvəlcə xəmiri hazırlayaq. Unu bir qaba ələyib üstünə yumurta, duz və su töküb qaşıqla qarışdırırıq.
Normal xəmir düzəlirik.
Xəmiri iki yerə bölüb kündəliyirik. Bir kündəni götürüb un səpib nazik yuxa yayırıq.
Yuxanın üstünə bol un səpib oxlova bükürük. Sonra oxlovu içindən çıxardırıq.
Bükülmüş yuxanın bir başından bir əlimizi üstünə qoyub digər əlimizlə bıçarla nazik ərişdə kəsirik.
O biri yuxanı da bu qayda ilə hazırlayırıq. Əriştəni səririk bir az qurusu.
Sonra südü və suyu bir qazana tökürük. Duz da əlavə edirik.
Süd qaynamağa başlayanda əriştəni tökə-tökə qarışdırırıq.
10-15 dəqiqəyə bişiririk. Zövqə görə duzuna baxırıq.
Südlü əriştəni qablara töküb üstünə kərə yağını əridib tökürük və darçın səpirik.
Nuş olsun!