Ərzaqlar:

3 st ət suyu+3 st su

2 ədəd baş soğan

2 x.q əridilmiş kərə yağı

duz

istiot

1 x.q quru nanə

Xəmir üçün:

2 st un

1 ədəd yumurta

1/3 ç.q duz

1/2 st ilıq su

Yaymaq üçün un

Hazırlanması:

Un, duz, yumurta və suyu əlavə edib normal xəmir yoğururuq.

Xəmirdən iki kündə düzəldirik.

Kündəni un səpərək oxlovla nazik yayırıq.

Kəsici alətlə ya da bıçaqla 2×3 sm endə kəsirik.

Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

Qazana soğanı töküb yağı əlavə edib az duz töküb qızılı rəngdə olanadək qovururuq.

Sonra üstünə su və ət suyunu əlavə edirik.

Su qaynamağa başlayanda kəsdiyimiz xəmiri tökürük. Qarışdırırıq. Bişənə yaxın üstünə nanə qurusu töküb qarışdırırıq. Duz və istiotunu da əlavə edirik.

Hazır sulu xəngəli sarımsaqlı qatıqla süfrəyə verə bilərsininz.

Nuş olsun!

Comments

comments