Ərzaqlar:
6 ədəd kartof
4 ədəd badımcan
4 ədəd pomidor
4 x.q xama ya da mayonez
100 q holland pendiri
1-2 diş sarımsaq
Duz
Istiot
Hazırlanması:
Badımcanın qabığını soyub halqa doğrayırıq. Duzlayıb 10-15 dəqiqə saxlayırıq.
Sonra sıxıb acı suyunu çıxarıb yuyuruq. Az düz səpib yağda hər iki üzünü qızardırıq.
Kartofu suda bişirib qabığını soyub halqa doğrayırıq.
Sarımsağın qabığını soyub yuyub xırda doğrayırıq.
Doğranmış sarımsağı xamaya ya da mayonezə əlavə edib qarışdırırıq.
Pomidoru yuyub halqa doğrayırıq.
Pendiri sürtgəcin xırda gözündən keçiririk.
Qaba əvvəlcə doğranmış kartofu düzürük. Üstünə duz və istiot səpirik.
Kartofun üstünə xama ya da mayonezin yarısını töküb yayırıq.
Üstünə qızarmış badımcanı düzürük.
Xamanın ya da mayonezin qalan yarısını yayırıq.
Üstünə pomidor halqasını düzürük.
Pomidorun üstünə duz və istiot səpib hər bir tərəfinə pendiri tökürük.
180 dərəcə qızdırılmış sobada 1 saata bişiririk.
Yeməyi süfrəyə verdikdə zövqə görə keşniş, şüyüd ya da cəxəri xırda doğrayıb səpə bilərsiniz.
Nuş olsun!