Ərzaqlar:
5 st un
4 x.q duru.yağ
2 x.q şəkər tozu
1 st süd
4 yumurta
1ç.q quru maya
1 ç.q duz
İç üçün:
8 ədəd kartof
3 ədəd baş soğan
1 balaca dəstə şüyüd
Duz
Istiot
Qızartmaq üçün duru yağ
Hazırlanması:
Mayanı az ilıq südlə qarışdırıb 10-15 dəqiqə saxlayırıq köpür.
Unu ələyib üstünə bütün ərzaqları əlavə edib yumşaq xəmir yoğururuq.
Xəmiri 2 saat acımağa qoyuruq.
İçlik üçün kartofu suda bişirib qabığını soyub əzirik. Söğanın qabığını soyub yuduqdan sonra yağda qızılı rəngdə olanadək qovururuq. Qovrulmuş soğanı kartofa əlavə edib duz və istiot töküb qarışdırırıq. Zövqə görə şüyüdü də təmizləyib yuduqdan sonra xırda doğrayıb içliyə əlavə edib qarışdırırıq. İçliyimiz hazırdır.
Xəmirdən balaca kündələr düzəldirik.
Bir kündəni götürüb un səpib oxlovla uzunsov yayırıq.
İçlikdən qoyub yanlarını bərkidirik.
Xəmirin hamısını bu şəkildə düzəldirik.
Qızmar bol yağda hər iki üzünü qızardırıq.
Nuş olsun!