Ərzaqlar:

1 kq hinduşqa əti

4 ədəd soğan

5-6 ədəd alça turşusu

3 x.q əridilmiş kərə yağı

1/3 ç.q sarıkök

Duz

Istiot

3 ədəd yumurta

Hazırlanması:

Hinduşkanın 30-40 qramlıq tikələrə bölünür. Yuduqdan sonra qazana ədəd baş soğan və alça turşularını əlavə edib az duz töküb üzünə çıxana qədər su əlavə edib bişməyə qoyuruq.

Əvvəlcə gur odda qoyuruq. Qaynamağa başlayanda kəfini yığıb sonra az odda bişməyə qoyuruq.

Soğanı soyub yuduqdan sonra doğrayırıq.

Soğanın üstünə yağ duz əlavə edib qızılı rəngdə olanadək qovururuq. Sarıkökünü də əlavə edirk.

Bişmiş hinduşqa ətini qovrulmuş soğanın üstünə əlavə edib 5-10 dəqiqə qovururuq. Duz və istiotunu tökürük.

Yumurtanın üstünə az duz əlavə edib çalıb yeməyin üstünə tökürük.

Yumurta bişdikdə yeməyimiz hazır olacaq.

Nuş olsun!

Comments

comments