Ərzaqlar:

1 ədəd banan

1 ədəd portağal

1 ədəd alma

8-10 ədəd xurma

8-10 ədəd qoz ləpəsi

3 x.q xama

Hazırlanması:

Portağalın qabığını soyub kub şəkildə doğrayırıq.

Almanı yuyub qabığını soyub kub şəkildə doğrayırıq.

Bananı təmizləyib kub şəkildə doğrayırıq.

Xurmanı tumundan çıxarıb xırda doğrayırıq.

Qoz ləpəsini xırda doğrayırıq.

Əvvəlcə bir qabda portakalı, almanı, bananı və xurmanı qarışdırırıq.

Qarışığı qablara yığırıq. Üstünə xamanı əlavə edirik.

Xamanın üstünə isə qoz ləpəsini səpirik.

Meyvə salatımız hazırdır. Salatı yeyərkən qarışdırsanız daha da dadlı olacaq.

Nuş olsun!

Comments

comments