
Ərzaqlar:

100 q kərə yağı
1/2 st şəkər tozu
3 x.q xama
4 x.q kakao
Hazırlanması:
Bütün ərzaqları bir qaba tökürük.

Qabı qazın üstünə qoyub dayanmadan qarışdırararaq bişiririk.
Qaynamağa başlayanda 3 dəqiqə kimi də qarışdırıb götürürük.

Qlazur ilıq olanda istifadə edilir. Soyuduqda donduğundan istifadə etmək olmur. Bu qlazuru kekslərin tortların üstünə tökə bilərsiniz.
Nuş olsun!






























